
Kateqoriyalar
Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsindəki oyun meydançasında oynayan iki uşağı maşın vurub.
Aktual.ge xəbər verir ki, sürücü çox güman ki, sükanı idarə edə bilməyib və meydançaya girib.
Xəsarət alan uşaqlar klinikaya yerləşdirilib. Hadisə ötən gün baş verib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddə ilə araşdırma başlayıb.