Avropa ittifaqının məqsədləri nədir?
29.04.2023 14:32
335
Dünya
A
Avropa ittifaqının məqsədləri nədir?

Avropa ittifaqının məqsədləri aşağıdakılardan ibarətdir:

  1. Avropa dəyərlərinin və öz vətəndaşlarının güzəranının inkişafına dəstəyin verilməsi;

  2. Sülhün, təhlükəsizliyin və ədalətin təmin edilməsi;

  3. Tarazlaşdırılmış iqtisadi artım və qiymət sabitliyi, yüksək rəqabətli bazar iqtisadiyyatı, məşğulluq və sosial tərəqqi, ekoloji
problemlərin həlli yolu ilə cəmiyyətin davamlı inkişafının gücləndirilməsi;

  4. Sosial təcrid və ayrı-seçkiliyin hər hansı bir təzahürünə qarşı
mübarizə aparmaq;

  5. Elmi- texniki tərəqqinin dəstəkləndirilməsi;

  6.  Avropa İttifaqı ölkələri arasında iqtisadi, sosial, ərazi birliyi və
həmrəyliyin inkişafı, gömrük sərhədləri olmadan bir-birlərinə
maneələr yaratmamaq üçün daxili bazarın yaradılması;

  7.  Zəngin mədəni və dil müxtəlifliyinə hörmət;

  8.  İqtisadi və valyuta ittifaqının inkişafı və bir-birinin (ölkələrin)
vahid valyuta ilə güclənməsi.

ŞƏRH YAZ
0