Dünyaya koronavirusun sona çatdığı elan edildi - ÜST
05.05.2023 19:47
441
Sağlamlıq
A
Dünyaya koronavirusun sona çatdığı elan edildi - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yaratdığı qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib.

Aktual.ge xəbər verir ki, bu barədə ÜST-ün rəsmi "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, əksər ölkələr "Covid19-dan əvvəl olduğu kimi həyat ritminə" qayıtmağı artıq bacarıblar.

 "Böyük ümidlə COVID-19-un sonunu qlobal sağlamlıq üçün fövqəladə hal kimi elan edirəm. Lakin bu, COVID-19-un qlobal sağlamlıq təhlükəsi kimi sona çatması demək deyil" - məlumatda deyilir.

ŞƏRH YAZ
0