ABŞ-dan uçuşlarla bağlı Gürcüstana daha bir mesaj
17.05.2023 01:01
841
Siyasət
A
ABŞ-dan uçuşlarla bağlı Gürcüstana daha bir mesaj

"Qərb Birliyi Rusiyadan tamamilə uzaqlaşıb və indi Rusiya ilə qarşılıqlı əlaqəni artırmaq vaxtı deyil".

Aktual.ge məlumat verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi brifinqdə ifadə edib.

Onun sözlərinə görə, Gürcüstandan Rusiyaya uçuşlar başlasa, bu, Qərbin artan narahatlığına səbəb olacaq.

Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, vəziyyətin monitorinqi davam etdiriləcək və lazım gəldikdə ABŞ əlavə addımlar atacaq.

"Biz bununla bağlı narahatlığımızı çox açıq şəkildə ifadə etmişik və biz də açıq şəkildə bildirmişik ki, biz də Rusiya təyyarələrinin hava məkanımıza daxil olmasını məhdudlaşdırmaq üçün addımlar atırıq. Bir çox digər qərb ölkələri kimi" - deyən Patel Patel əlavə edib ki, ABŞ [Gürcüstandakı] vəziyyəti yaxından izləməyə davam edəcək və lazım gələrsə, “əlavə tədbirlər” görəcək.

Məlumat üçün bildirək ki, oxşar sözlərlə bundan əvvəl də 2 dəfə Dövlət Departamenti açıqlama verib.

ŞƏRH YAZ
5