Bu gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tbilisi, Acara, Şida Kartli, Kvemo Kartli, Quriya, Sameqrelo-Zemo Svaneti, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti və Kaxeti polis idarələrinin əməkdaşları və müxtəlif vaxtlarda aparılmış istintaq hərəkətləri ilə narkotik cinayətləri törətməkdə təqsirləndirilən 55 nəfər, o cümlədən 37 nəfər narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
"İstintaqla müəyyən edilib ki, narkotik vasitələrin satışına görə saxlanılan şəxslər, müxtəlif internet proqramları və sosial şəbəkələr vasitəsilə narkotik maddələri nin satışı ilə məşğul olublar. Onlar satış üçün müəyyən yerlərdə narkotik vasitələr yerləşdiriblər, sonra maraqlı şəxslərə təklif ediblər. Hakimin hökmü əsasında polis əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə saxlanılan şəxslərin müşahidəsi həyata keçirilib ki, onlar bir neçə dəfə narkotik vasitələrin alışını ediblər və həmin faktların gizli audio-video çəkilişlərini qeydə alıblar.
Narkotik cinayətlərində təqsirli bilinərək həbs edilənlərin üzərində şəxsi yoxlama aparılarkən polis əməkdaşları tərəfindən sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitələr: “kokain”, “heroin”, “subutex”, “həşiş”, “alpha” və s. Aşkar edilərək götürülüb. Üstəlik narkotikin satışından əldə edildiyi iddia edilən pullar da götürülüb. Narkotik cinayətlərə görə tutulan şəxslərdən birindən odlu silah, 26 ədəd patron və 2 ədəd ağızlıq da müsadirə edilib" , - məlumatda deyilir.
Bildirilib ki, istintaq davam edir.