İrakli Qaribaşvili:
19.05.2023 12:28
450
Siyasət
A
İrakli Qaribaşvili: "Rusiya ilə ticarəti və iqtisadiyyatı dayandırmırıq"

"Biz dəfələrlə demişik ki, biz Rusiya ilə ticarəti və iqtisadiyyatı dayandırmırıq, çünki bu, xalqımızın mənafeyinə xələl gətirəcək. İkinci istiqamət isə ölkəmizin Avropaya inteqrasiyasıdır. Bu baxımdan heç kim bizim hökumətdən artıq iş görməyib".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı deyib ki, əgər 100 avroya Avropaya gedilə bilirsə bu bizim sayəmizdədir:

"100 avroya Avropada sərbəst hərəkət etməyiniz üçün vizasız rejim gerçəkləştirildi bu bizim ləyaqətimizdir bu, Bidzina İvanişvilinin və onun komandasının, 'Gürcü Arzusu'nun şərəfinədir. Heçnə təhlükə altında olmayacaq, biz hər şeyi düzgün edirik, bütün düzgün addımları atırıq”.

ŞƏRH YAZ
11