TDU-də Azərbaycanşünaslıq ixtisası bərpa ediləcək
19.05.2023 15:47
325
Mədəniyyət
A
TDU-də Azərbaycanşünaslıq ixtisası bərpa ediləcək

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Azərbaycanşünaslıq üzrə ayrıca istiqamətin əsası qoyulacaq.

Aktual.ge xəbər verir ki, bunu sözügedən universitetin rektoru Caba Samuşia təhsil müəssisəsindəki "Heydər Əliyev Auditoriyası"nın əsaslı təmirdən sonra açılışı mərasimində deyib.

O, qeyd edib ki, hazırda TDU-da Qafqazşünaslıq ixtisası daxilində 50 tələbə Azərbaycan dili və tarixini öyrənir.

“Heydər Əliyev Auditoriyası”nın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər iştirak edib.

Nazir Emin Əmrullayev TDU-da Azərbaycan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib. O, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

ŞƏRH YAZ
0