Qarşıdakı günlərin hava proqnozu açıqlanıb - RƏSMİ
19.05.2023 15:57
829
Maraqlı
A
Qarşıdakı günlərin hava proqnozu açıqlanıb - RƏSMİ

Mayın 20-si gününün sonundan 21-dək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, mayın 22-də isə ölkənin bəzi rayonlarında güclü şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Aktual.ge məlumat verir ki, bu haqda Milli Ətraf Mühitin Mühafizəsi Agentliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstan çaylarında gözlənilən leysan yağışları suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmələrə səbəb ola bilər.

ŞƏRH YAZ
7