Parlamentdə ara qarışdı: Deputatlar arasında əlbəyaxa dava olub - VİDEO
20.05.2023 00:49
425
Siyasət
A
Parlamentdə ara qarışdı: Deputatlar arasında əlbəyaxa dava olub - VİDEO

Daxili işlər naziri Vaxtanq Qomelaurinin Parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deputatlar arasında dava düşüb.

Aktual.ge xəbər verir ki, “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze tribunada çıxışı zamanı hakim “Gürcü Arzusu” partiyasını Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

Deputat çıxışını bitirib yerində əyləşərkən “Xalqın Gücü” qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatlar arasındakı mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hazırda parlamentin iclas zalında vəziyyət sakitləşib.

ŞƏRH YAZ
4