KİV: Rusiya XİN rəhbərinin oğlu Kaxetiyə gəlib özünə toy etmək üçün
20.05.2023 13:16
535
Hadisə
A
KİV: Rusiya XİN rəhbərinin oğlu Kaxetiyə gəlib özünə toy etmək üçün

Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun oğlu özünə toy etmək üçün Gürcüstanın Kaxeti bölgəsinin Kvarli şəhərinə gəlib ailəsi ilə birlikdə.

Aktual.ge xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, onlar “Kvarli Tbi” otelində qalırlar və bu gün də toy mərasimi təşkil etməyə hazırlaşırlar. Məlumatlara əsasən, Lavrovun oğlunun toyunu onun kürəkəni Aleksandr Vinokurovun qardaşı təşkil edəcək.

“Kvarli gölü” otelinin administrasiyasından verilən məlumata görə, Rusiya XİN rəhbərinin oğlunun “Kvarli gölü”nə səfəri həqiqətə uyğun deyil. Bildirilib ki, oteldə Lavrovun soyadını daşıyan qonaq yoxdur, indiyə qədər də olmayıb.

Bu dəqiqələrdə müxalifət partiyalarının liderləri və vətəndaş cəmiyyəti həmin otelin ətrafına səfərbər olunub.

ŞƏRH YAZ
7