Qanlı hadisə: Of tüfəngi ilə qonşusunu öldürdü
21.05.2023 20:56
602
Kriminal
A
Qanlı hadisə: Of tüfəngi ilə qonşusunu öldürdü

Kaxeti bölgəsinin Gürcaani rayonunun Vazisubani kəndində 32 yaşlı kişi 39 yaşlı qonşusu tərəfindən öldürülüb. 

Aktual.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Məlumata görə, günahkar öldürülən şəxsin qonşusu və həmkəndlisidir. Cinayətin motivinin nə olduğu hələlik məlum deyil. 

Qurban ov tüfəngi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs artıq polis tərəfindən saxlanılıb. 

Qəsdən adam öldürmə işi üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayəti törədən şəxsi 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

ŞƏRH YAZ
3