Ötən həftənin əsas xəbərləri
22.05.2023 12:00
236
Siyasət
A
Ötən həftənin əsas xəbərləri

Aktual.ge ötən həftə (15-21 may) ölkədə baş verən əsas mühüm xəbərləri təqdim edir:

4 ildən sonra ilk Rusiya sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Rus təyyarəsinin gəlişi etirazla qarşılanılıb.

Gürcüstan Hava Yolları Tbilisi-Moskva birbaşa reyslərini bərpa edib.

ABŞ Dövlət Departamenti Gücüstanın Rusiya ilə uçuşlara başlamasından narahatlığını bəyan edib.

Baş nazir İrakli Qaribaşvili açıqlayıb ki, Gürcüstan Rusiya ilə iqtisadiyyatı və ticarəti dayandırmayacaq.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində İŞİD-in 6 nəfər Gürcüstan vətəndaşı mənsubu saxlanılıb.

Daxili İşlər Nazirliyi ölkə miqyasında xüsusi əməliyyat həyata keçirib 55 nəfər, o cümlədən 37 nəfər narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

Daxili işlər naziri Vaxtanq Qomelaurinin Parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deputatlar arasında dava düşüb.

Tbilisidə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilib.

21 may müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargah sədrliyi uğrunda keçirilən seçkilərdə Azad Kərimov qalib gəlib.

Kaxeti bölgəsinin Gürcaani rayonunun Vazisubani kəndində 32 yaşlı kişi 39 yaşlı qonşusu tərəfindən öldürülüb. 

ŞƏRH YAZ
1