Kateqoriyalar
İyun ayında Gürcüstana rusların kütləvi axını gözlənilir.
Aktual.ge xəbər verir ki, bununla bağlı artıq Rusiya turoperatorları məlumat yayır.
Məlumatlara görə, Gürcüstana səyahət etmək istəyən rusların sayı rekord səviyyədədir.
Rusiya vətəndaşlarının yay tətilini keçirəcəkləri istiqamətlər siyahısında ölkəmiz ikinci yerdədir.
Rusiyadan ən çox ziyarətçi Türkiyəyə gedəcək, Gürcüstan isə ikinci yerə yüksəlib.
Rusiya turoperatorları yazır ki, Gürcüstanda Rusiya əleyhinə təşkil olunan aksiyalar və Gürcüstan Prezidentinin bəyanatları rusların səyahətinə təsir etməyəcək.