Marneulidə yaşayış evlərini su basıb, əhali çarəsiz vəziyyətdədir
22.05.2023 19:03
380
Hadisə
A
Marneulidə yaşayış evlərini su basıb, əhali çarəsiz vəziyyətdədir

Marneuli Bələdiyyəsinin Barataşvili küçəsində suvarma kanalının daşması nəticəsində 3 yaşayış evini su basıb.

Aktual.ge xəbər verir ki, zərərçəkmiş ailələrin bizimle söhbəti zamani bildirdiyinə görə, hadisə ikinci dəfədir baş verir və aidiyyatı qurumlar məsələyə diqqətlə yanaşmırlar.

Onların sözlərinə görə, tərəvəz və meyvə bağları məhv olub, yaşayış evlərinin təməlinə ziyan deyib.

Marneuli Meliorasiya Xidmət Mərkəzinin rəhbəri Tornike Qoqlidze bildirib ki, bu məsələ illərdir problemlidir: "Əhali bu məsələyə məsuliyyətsiz yanaşır və məişət tullantılarını kanala atırlar. Qeyd edim ki, Marneuli Meliorasiya Xidməti yaxın günlərdə sözügedən kanalın təmizlənməsi işlərinə başlayacaq".

Məlumat üçün bildirək ki, daha təfərrüatlı axşam saat 21:00-də Aktual.ge xəbər portalının rəsmi "Facebook" səhifəsində yayımlanan "Aktual Xəbərlər" buraxılışında təqdim olunacaq.

ŞƏRH YAZ
3