Gürcüstanın bu rayonunda karantin elan ediləcək
22.05.2023 20:30
1446
Hadisə
A
Gürcüstanın bu rayonunda karantin elan ediləcək

Xoni Bələdiyyəsində quduzluq virusunun yayılması ilə əlaqədar karantin elan ediləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Xoni meri Lado Curxadze ictimai telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən həftə virusa yoluxmuş it üç uşağı dişləyib. Onların üçünə də peyvənd vurulub, lakin uşaqlardan birinin başqa bir xəstəliyi olduğu üçün ona immunitet gücləndirici dərmanların verilməsi mümkün olmayıb.

Xonidə daha bir quduzluq halının isə bu gün təsdiqləndiyi bildirilib. Məlumata görə hazırda, virusa yoluxmuş itlə təmasda olan 15 nəfər müəyyən edilib.

ŞƏRH YAZ
1