Taksi sürücüsünü Marabda da qətlə yetirib, Manreulinin Qırxılı kəndində axar çayın kənarına basıran gənclərdən biri saxlanılıb.
Daxili İşlər Nazirliyindən Aktual.ge xəbər portalına verilən məlumata görə, cinayəti törədən şəxslərdən 1 saxlanılıb, digəri isə axtarışdadır.
"Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq davam etdirilir" , - məlumatda deyilir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 109-cu maddəsi ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutur.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, 2 nəfər Marneuli sakini taksi sürücüsünü amansızca qətlə yetiriblər. 2 nəfər Marneuli Bələdiyyəsinin Yuxarı Qullar sakini Tbilisidən taksi ilə evə qayıdarkən sürücünü Marabda gölündə öldürüblər.
"19-20 yaşında gənclərdir qətl hadisəsini törədən. Hadisənin tam nə vaxt baş verdiyini məlum deyil, lakin cinayətin üstü bu günlərdə açılıb. Belə ki, 2 nəfər Yuxarı Qullar sakini Tbilisidən qayıdarkən taksi sürücüsünü Marabda gölünə sürdürüblər və orada qətlə yetiriblər. Sonra sürücünün meyitini maşına qoyaraq gətirib Qırıxlı kəndindəki çayın yaxınlığında basdırıblar. Ehtimal ki, bu cinayəti onlar avtomobili ələ keçirib, sonra da satmaq üçün ediblər.
Qətlə məruz qalan orta yaşlı kişinin ailəsi isə onun yoxa çıxmasından sonra polisə məlumat verib. Hüquq-mühafizəçiləri təhlükəsizlik kameraları vasitəsilə cinayətkarları tapıb. Saxlanılan gənclər günahlarını etiraf ediblər" , - mənbə Aktual.ge xəbər portalına məlumat verib.