DİN Marneulidəki dəhşətli qətlin təfərrüatlarını açıqladı - VİDEO
23.05.2023 00:48
1401
Kriminal
A
DİN Marneulidəki dəhşətli qətlin təfərrüatlarını açıqladı - VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq hərəkətləri nəticəsində 2001-ci il təvəllüdlü N.A. və 2005-ci il təvəllüdlü A.A-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayır.

Bildirilib ki, saxlanılan şəxsləri 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

"İstintaq zamanı müəyyən edilib ki, N.A və A.A və digər şəxslər taksi sürücüsü 1969-cu il təvəllüdlü Ş.L.-nı öldürmək niyyətində olublar. Müttəhimlər onun avtomobilini saxlayıblar, bundan sonra o, öldürülüb və izlərini gizlətmək üçün öldürülən şəxsin cəsədi Kvemo Kartli bələdiyyəsindəki çaylardan birinin sahilində basdırıblar. Təqsirləndirilən şəxslər qanunsuz sahib olduqları avtomobillə Marneuli bələdiyyəsində evlərinə gedib və izlərini gizlətmək üçün həmin avtomobili yaxınlıqda yerləşən öz sexlərində hissə-hissə sökməyə başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları N.A. və A.A-nı təqsirləndirilən şəxs qismində yaxalayıblar.

Cinayətdə əli olan daha bir şəxsin müəyyən edilərək tutulması istiqamətində müvafiq tədbirlər görülür.

Bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi ilə istintaq davam etdirilir" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0