Gürcüstandan Rusiyaya ixrac artıb - RƏSMİ STATİSTİKA
23.05.2023 14:21
748
İqtisadiyyat
A
Gürcüstandan Rusiyaya ixrac artıb - RƏSMİ STATİSTİKA

Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 51,5% artaraq 848,5 milyon dollar təşkil edib. Gürcüstandan Rusiyaya ixrac isə 44,6% artıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

“2022-ci ildə ölkələr 2,5 milyard dollarlıq ticarət aparıblar ki, 2021-ci illə müqayisədə 52,3% artım deməkdir”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
9