
"ABŞ Dövlət Departamentinin Gürcüstanla Rusiya arasında birbaşa hava əlaqəsinin bərpasına görə Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlərin müflis ola biləcəyi ilə bağlı bəyanatları iki suveren dövlətin münasibətlərinə müdaxilə və ört-basdır edilməmiş təzyiqdir”.
Aktual.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova söyləyib.
“[Dövlət Departamentinin bəyanatlarına] iki suveren dövlətin daxili işlərinə müdaxilədən başqa heç bir şərt ola bilməz. Biz Vaşinqtonun bu cür mentorluq bəyanatlarını suveren dövlətlərin daxili işlərinə və üçüncü ölkələrlə münasibətlərinə müdaxilə və ört-basdır edilməmiş təzyiq hesab edirik", - Mariya Zaxarova vurğulayıb.
Məlumat üçün bildirək ki, ABŞ Dövlət Departamenti Rusiyanın Gürcüstanla uçuşları bərpa etməsinin ardından 3 dəfə bir-birinə oxşar bəyanat verib. Qeyd olunub ki, Gürcüstanın Rusiya ilə birbaşa uçuşların bərpası Gürcüstan hava limanlarındakı şirkətləri sanksiyalar riski altında qoyur.