NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstanın müdafiə naziri ilə görüşüb
24.05.2023 18:15
117
Siyasət
A
NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstanın müdafiə naziri ilə görüşüb

Tbilisidə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Aktual.ge xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Ukrayna müharibəsi fonunda regiondakı təhlükəsizlik mühiti və çağırışları, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması, dayanıqlılıq, kibertəhlükəsizlik, NATO ilə uyğunluq, alyansla siyasi və praktiki əməkdaşlığın dərinləşdirilməsi kimmi məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin NATO-nun Vilnüs sammitində Gürcüstanın alyansa qəbul prosesinə və praktiki əməkdaşlığın miqyasının genişləndirilməsinə dəstəyin bir daha təsdiqləyəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Xavyer Kolomina Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə də görüş keçirib. Onun, eyni zamanda Böyük Britaniya, Litva, İsveç və Türkiyənin Tbilisidəki diplomatik nümayəndəliklərinin üzvləri ilə NATO-nun rabitə ofisində görüşünün planlaşdırıldığı bildirilib.

ŞƏRH YAZ
2