İlham Əliyev Gürcüstan xalqını təbrik edib
26.05.2023 12:43
408
Siyasət
A
İlham Əliyev Gürcüstan xalqını təbrik edib

"Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur".

Aktual.ge xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Salome Zurabişviliyə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar vardır.

26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm", - məktubda qeyd edilib.

ŞƏRH YAZ
1