Hacı Hacıyev:
26.05.2023 18:00
2081
Siyasət
A
Hacı Hacıyev: "Marneuli meriyasında haqsızlıq hökm sürür..."

"Marneuli meriyasından dini qurumlara vəsaitin ayrılmasında böyük ədalətsizlik var. Başqalarına 400 min lari, məscidə isə 10 min lari ayrılır, bu ədalətsizlik deyilmi? Qardaşlar meriyanın büdcəsi, sizlərindir, sizin pullarınızdır, lakin orada böyük haqsızlıq hökm sürür".

Aktual.ge xəbər verir ki, bunu Marneuli Hz İmam Əli (ə.s) Məscidinin axundu, imam cümə Hacı Hacıyev 26 may cümə xütbəsində söyləyib.

Bir sıra ictimai və siyasi problemlərə toxunan din xadiminin sözlərinə görə, insan gərək öz haqqını tələb etməyi bacara bilə.

"Bir sıra problemlər var, xüsusi ilə yollarımızın bərbad vəziyyətdə olması 7 ildir ki, Marneuli daxili yollar bərbad vəziyyətdədir, bununla maraqlanan varmı? Meriya da, Sakrebulo da işləyənlər hara baxır? seçki vaxtı gəlib səs istəyirlər, bəs indi əhalinin bu kimi problemləri ilə niyə maraqlanmırsınız? Meriyadan başqa dini qurumlara 400 min lari büdcədən vəsait ayrılır, bəs məscidə? 10 min lari. Bu ədalətsizlik deyilmi? Haqqınızı tələb edin, insan gərək haqqını tələb etməyi bacara bilə" , - qeyd edib Hacı Hacıyev.

Sual edərək imam cümə xütbəsində sözlərinə belə davam edib:

"Daha bir böyük problem məscidlərimizdir. Bu ölkənin sadiq vətəndaşları məscid tikə bilmir. Minarəsiz, kümbəzsiz ev adı altında məscid tikilir bu haqsızlıq deyilmi?. İllərdir bir mədrəsəmiz var hələ də onun bərpasına icazə vermirlər, nə edək? Onumu istəyirsiniz fikirimizi küçələrdə təzahür edək? Bəlkə bundan sonra ağlınız başınıza gələ, özünüzə yığılasınız. Kimsənin bizlərə ikinci dərəcəli baxmağa haqqı nə də ixtiyarı yoxdur, bu ölkənin azərbaycanlı vətəndaşları Gürcüstanın ən əmin və ən sadiq vətəndaşlarıdır. Bizlərdən heç vaxt bu ölkəyə təhlükə gəlməz.

Ölkənin nə hala düşdüyünü görürsünüzmü? hər gün kriminal, cinayət, qətl hadisələri baş verir, binaların blokları, küçələr şprislərlə doludur, narkomaniya yeniyetmələr arasında baş alıb gedir. Elə bir gün varmı ölkədə qətl hadisəsi baş verməsin, cinayət törədilməsin?. Günün gün ortasında silahlı atışma baş verir ölkədə. Əvvəl belə şeylər yox idi indi cərəyan etməyə başlayıb bunlar. Bəs bütün bunlara kim dur deyəcək? Qətl törətmək o dərəcə adiləşib və sadələşib ki, insanı dəhşətə gətirir. Gör nə hala gəlmişik ki, gənclər taksi sürücüsünü öldürüb və çayın kənarında qazıb basdırır. Bütün bunlar dəhşətdir. Hökumət kriminalın qarşısını ala bilmir".

Ölkədə müəyyən gözəl şeylərin habelə İslamın təbliğində, ifadə azadlığında gözəlliyin olduğunuda da qeyd edən Hacı Hacıyev 26 May Gürcüstanın Müstəqilliyinin 105-ci ildönümü münasibətilə dualar edib, ölkəyə sülh və əmin amanlıq, xoş gələcək arzulayıb.

ŞƏRH YAZ
3