Putindən Gürcüstan açıqlaması
26.05.2023 20:55
546
Siyasət
A
Putindən Gürcüstan açıqlaması

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla hava əlaqəsinin açılmasının onun şəxsi təklifi və qərarı olduğunu bildirib.

Aktual.ge xəbər verir ki, Putin Rusiyanın Gürcüstana doğru addımlar atdığın və atmaqda davam edəcəyini söyləyib.

Rusiya Prezidenti Gürcüstanda vizaların ləğvindən və hava uçuşlarının bərpasından sonra yaranan “hay-küy”ü tam sürpriz, “tamamilə dəlilik” adlandırıb.

"Düzünü desəm, qərardan sonra gələn reaksiya mənim üçün tamamilə sürpriz oldu. Düşündüm ki, hamı deyəcək: sağ olun, yaxşıdır, amma yox, nədənsə bu məsələdə çox qəribə və gözlənilməz bir şəkildə tamamilə anlaşılmaz bir tufan qopdu ”, - o, qeyd edib.

 

ŞƏRH YAZ
10