“Yaşasın azad Gürcüstan” – Zelenskidən gürcü dilində təbrik
27.05.2023 01:51
321
Dünya
A
“Yaşasın azad Gürcüstan” – Zelenskidən gürcü dilində təbrik

“Yaşasın azad Gürcüstan”.

Aktual.ge xəbər verir ki, bu sözlərlə gürcü dilində Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın Müstəqillik Gününü təbrik edib.

Ukrayna lideri videomüraciətindı Gürcüstan xalqına azad, dinc və vahid Avropa ailəsində yaşamasını arzulayıb.

"Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir. Mən gürcü xalqını salamlayıram və onların bizə və bütün digər Avropa xalqlarına azad, dinc və vahid Avropa ailəsində birləşmələrini arzulayıram. 

Bunu bütün Gürcüstana və ölkənizin hələ də Rusiyanın işğalı altında olan hissəsinə arzulayıram.

Gürcüstan ən qədim və mühüm tarixi dövlətlərdən biridir və bu güc qarşısıalınmazdır, mən buna əminəm. İşğalçı uduzacaq”, - Zelenski vurğulayıb.

ŞƏRH YAZ
2