Mask rəsmən icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır - FOTO
27.05.2023 10:35
539
Maraqlı
A
Mask rəsmən icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır - FOTO

Milyarder İlon Maska məxsus “Neuralink” şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.

Aktual.ge xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.

Xatırladaq ki, martın əvvəlində FDA “Neuralink”in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.

2021-ci ilin aprelində “Neuralink” video oyunları oynayan çiplənmiş meymun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.

ŞƏRH YAZ
7