Kateqoriyalar
Mayın 26-da Tsalka rayonunda bərpa işləri zamanı texniki qatar relsdən çıxıb, hadisə zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Dünyasını dəyişən şəxsin Azərbaycan vətəndaşıdır.
Aktual.ge xəbər verir ki, məlumatı DİN-də təsdiqləyib.
“Gürcüstan Dəmir Yolları” bildirib ki, bərpa işlərini həyata keçirən Azərbaycan şirkətidir, ölən və yaralananlar da bu ölkənin vətəndaşlarıdır.
Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi başlanıb.