Mayın 31-ə qədər gözlənilən hava şəraiti açıqlandı
28.05.2023 02:18
448
Maraqlı
A
Mayın 31-ə qədər gözlənilən hava şəraiti açıqlandı

Mayın 31-dək ölkə ərazisində yüksək temperatur gözlənilir.

Aktual.ge məlumat verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən bildirilib.

 mayın sonunadək Gürcüstanın həm Qərbində, həm də Şərqində gecə və axşam saatlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir.

Növbəti günlərdə, mayın 31-dək havanın temperaturunun +27, +32 dərəcə isti olacağı gözlənilir. Tbilisidə gecə və günün ikinci yarısında arabir qısamüddətli yağış yağacağı gözlənilir.

Dənizkənarı bölgələrdə isə axşam saatlarında ayın sonunadək qısamüddətli yağış yağacağı, havanın temperaturunun gündüz +22, +24 dərəcə isti olacağı gözlənilir. Kolxeti düzündə +27, +32 dərəcə isti olacağı ehtimal edilir.

ŞƏRH YAZ
1