Kaxa Kaladze Putinin dediklərinə işarə etdi: Gürcüstan bu barədə danışıqlar aparmayıb
28.05.2023 12:50
407
Siyasət
A
Kaxa Kaladze Putinin dediklərinə işarə etdi: Gürcüstan bu barədə danışıqlar aparmayıb

Gürcüstan hakimiyyəti Rusiya rəhbərliyi ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb.

Aktual.ge xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində bildirib.

“Əlbəttə, heç bir danışıqlar olmayıb. Bu, konkret telekanalların məşğul olduğu adi siyasi manipulyasiyadır”, - deyə Kaladze müvafiq sualı cavablandırıb.

Xatırladaq ki, 26 may tarixində Rusiya Prezidenti Vladimir Putin deyib ki, Gürcüstan rəhbərliyi vizaların ləğvi və normal hava hərəkətinin bərpası məsələsini dəfələrlə qaldırıb və biz də bu addımı atdıq.

ŞƏRH YAZ
3