SON DƏQİQƏ! Türkiyədə Prezident seçkilərinin nəticələri açıqlanır (YENİLƏNİR)
28.05.2023 19:31
962
Siyasət
A
SON DƏQİQƏ! Türkiyədə Prezident seçkilərinin nəticələri açıqlanır (YENİLƏNİR)

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanır.

Aktual.ge xəbər verir ki, səsvermə bülletenlərinin 79,09 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,70 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 46,30 faiz səs toplayıb.

Tbilisi vaxtı ilə 19:49-a olan açıqlamaya görə səs faizlərini təqdim edirik:

 

19:46


 

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Aktual.ge "Anadolu Ajansı"na istinadə xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

XƏBƏR YENİLƏNİR
19:28

ŞƏRH YAZ
0