
Kateqoriyalar
Türkiyədə Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması Marneulidə atəşfəşanlıqla qeyd olunub.
Aktual.ge xəbər verir ki, Marneulidə "Azərbaycan Evi"nin önünə toplaşan insanlar Ərdoğanı qələbəsi münasibətilə təbrik ediblər.
Ərdoğanın qələbəsi münasibətilə onun üçün bəstələnmiş dombra mahnısı fonunda havai fişənq atılıb və "Rəcəb Tayyib Ərdoğan qələbən Türk dünyasına mübarək olsun!" yazılı tort kəsilərək insanlara paylanılıb.