Baş nazir Ərdoğanı təbrik edir
28.05.2023 23:01
277
Siyasət
A
Baş nazir Ərdoğanı təbrik edir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə inamlı qələbəsi və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edir.

Aktual.ge xəbər verir ki, hökumət başçısı “Twitter” sosial şəbəkəsində yazır ki, türk xalqı öz fikrini açıq şəkildə bəyan edib və Gürcüstan da onların fikirlərinə və sevincinə qoşulur.

“Türkiyə Respublikasının Prezidenti və Gürcüstanın böyük dostu Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı inamlı qələbə və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edirəm!

Türk xalqı öz fikrini bəyan etdi və biz də onların bayramına qoşuluruq. Biz Türkiyə Respublikası ilə Gürcüstan arasında dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırıq”, - deyə İrakli Qaribaşvili qeyd edib.

ŞƏRH YAZ
1