
Kateqoriyalar
Bu gün iyunun 1-dən Tbilisidə yaşı 10-dan çox olmayan A kateqoriyalı taksilər də avtobus zolağında hərəkət edə biləcək.
Aktual.ge xəbər verir ki, bir neçə həftə əvvəl Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında müvafiq qərarı elan edib.
Belə ki, iyunun 1-dən yalnız A kateqoriyalı, yaşı 10 ildən çox olmayan taksilər paytaxtda avtobuslar üçün xüsusi ayrılmış sarı zolağda hərəkət edə bilərlər. İndiyədək onlar bu zolaqda yalnız sərnişinləri götürə və ya düşürə bilərdilər.