11.06.2023 10:59
586
İdman
A
"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub - VİDEO

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Aktual.ge məlumat verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

ŞƏRH YAZ
1