Kateqoriyalar
Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.
Aktual.ge xəbər verir ki, bununla bağlı Moldova dövlət başçısı "Twitter" hesabında paylaşım edib.
Saakaşvilinin məhkəmədəki ağır görüntülərindən dərin narahatlıq keçirdiyi bildirən Prezident Sandu onun həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini vurğulayıb.
“Gürcüstan hakimiyyətini onun sağlamlığına əhəmiyyət verməyə və təcili olaraq xaricdə onun həyatı üçün vacib olan müalicəni təmin etməyə çağırıram”, - Moldova Prezidenti qeyd edib.