Dini qurumlar arasında keçirilən  şahmat çempionatında GMİ komandası qalib gəlib - FOTO
07.07.2023 15:45
247
İdman
A
Dini qurumlar arasında keçirilən şahmat çempionatında GMİ komandası qalib gəlib - FOTO

Dini qurumlar arasında keçirilən şahmat çempionatında Gürcüstan Müsəlmanları İdarəsinin komandası qalib gəlib

Aktual.ge xəbər verir ki, bu barədə GMİ-dən məlumat verilib.

Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə 4-5 iyul  tarixlərində Tbilisi Şahmat Sarayında Gürcüstanda qeydiyyatdan keçmiş dini birliklər arasında şahmat üzrə çempionat keçirilib.

Şahmat çempionatında 12 dini qurum iştirak edib, hər qurum 4 oyunçu ilə təmsil olunub. İsveçrə sistemi üzrə keçirilən yarışda Gürcüstanın Müsəlman İdarəsinin komandası birinci yeri tutub.

Şahmatın təbliği məqsədilə keçirilən çempionatın qaliblərinə müxtəlif mükafatlar və hədiyyələr verilib.  Gürcüstanın Müsəlman İdarəsini Tengiz Tsulukidze, Oleq İremadze, Temur və Ramaz Qobadze təmsil edib.

Çempionat başa çatdıqdan sonra Gürcüstanın Müsəlman İdarəsinin müftisi Hacı Adam Şantadze qalibləri qəbul edib, onları qələbə münasibətilə təbrik edib, xatirə hədiyyələri təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ŞƏRH YAZ
0