Marneuli meriası ötən gün Sadaxlıdakı aksiya ilə bağlı AÇIQLAMA YAYIR
06.10.2020 14:49
1042
Maraqlı
A
Marneuli meriası ötən gün Sadaxlıdakı aksiya ilə bağlı AÇIQLAMA YAYIR
Marneuli meriası dünən Sadaxlı Ərazi Birliyinə daxil olan Təzəkənd kəndində baş vermiş etiraz aksiyası ilə bağlı bir açıqlama yayıb. Aktual.ge xəbər verir ki, Marneuli bələdiyyəsi, yerli əhalinin sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən Sadaxlı inzibati birliyinin Təzəkənd sakinlərinin kənddə benzin doldurma məntəqəsinin inşasına qarşı etdikləri etirazlara cavab verib. Marneuli meriyasının açıqlamasında deyilir: “İlk növbədə bələdiyyə ərazisində hər hansı bir icazəsiz tikintinin yolverilməz olduğunu bir daha vurğulamaq istəyirik. Buna görə də qanunla müəyyən edilmiş qaydalara uyğun olmayan bütün hərəkətlərə lazımi cavab veriləcəkdir. Eyni zamanda, vətəndaşlarımıza bələdiyyə səlahiyyətləri daxilində Sadaxlı inzibati birliyində, Təzəkənd ərazisində yanacaq doldurma məntəqəsi ilə bağlı artıq lazımi ölçülərin götürüldüyünü bildirmək istəyirik. Bununla birlikdə, qazıntı işləri aparılan sahənin kənd qəbiristanlığını təşkil etmədiyini və qəbirstanlıq mülkiyyətinə dair hər hansı bir iddianın qanuni əsassız olduğunu açıq şəkildə bildiririk. Məlumat vermək istərdik ki, cari il 21 avqust tarixində, Gürcüstan Hökumətinin 1629 saylı qərarı ilə dövlətə məxsus daşınmaz əmlak (1467 kv.m kənd təsərrüfatına aid olmayan torpaq sahəsi) 30 il müddətinə müəyyən investisiya öhdəliyi ilə bir il müddətinə xüsusi bir şirkətin istifadəsinə verilmişdir. Sözügedən şirkət mütəxəssislərinin verdiyi məlumata əsasən, bələdiyyə binası ilə heç bir razılaşma olmadan torpaq sahəsinin ilkin işlərini çatışmazlıqlar ilə aparıblar və tərəfimizdən qeyd olunan şirkətə qarşı dərhal lazımi tədbirlər görüldü və cərimə tətbiq olundu. Bəzi müxalifət partiyalarının nümayəndələrinin qəbiristanlığa aid ərazidə işlərin getdiyi və dövlət balansında olan əmlakın qanunsuz istifadə olduğu barədə yaydıqları məlumatların həqiqətə uyğun olmadığını və vətəndaşlarımızı bilərəkdən aldatmağa xidmət etdiyini tam məsuliyyətlə bəyan edirik. Marneuli Bələdiyyəsi olaraq bir daha bəzi müxalifət partiyalarının yerli təmsilçilərini yalan məlumat yaymaqdan və cəmiyyəti qəsdən aldatmaqdan çəkinməyə çağırırıq, çünki bu, vətəndaşlarımızı səhv yönləndirən çox asanlıqla təsdiqlənən yalnış məlumatdır". Xatırladaq ki, ötən gün Marneuli rayonununu Sadaxlı Ərazi Birliyinə daxil olan Təzəkənd kəndində bir grup sakin etiraz aksiyası keçirərək iddia etmişdilər ki, Təzəkənd kəndinin qəbristanlığının bir hissəsi sökülərək yerində yanacaq doldurma məntəqəsi tikilir.
ŞƏRH YAZ
4