Bütün Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Qurban və Ramazan bayramlarında olduğu kimi, bu ildən etibarən Aşura matəm günü ilə bağlı da müsəlman məhbuslar üçün ehsan məqsədi ilə yeməklərin qəbulu üçün Xüsusi Penitensiar Xidmətə müraciət edib.
Aktual.ge xəbər verir ki, bu barədə GMİ-dən məlumat verilib.
Bildirilib ki, sözügedən qurum müraciətə müsbət cavab verərək, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 28 və 31 iyul tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrə buraxılmasına icazə verib.
Məhərrəm ayı ilə əlaqədar icazə verilən qidaların siyahısı:
1. Soyutma ət - 3 kq.
2. Plov - 2 kq.
3. Pendir - 2 kq.
4. Üzüm qurusu əlavə olunmuş tort-keks.
5. Qızardılmış və soyutma toyuq əti.
6. Xiyar-pomidor 3 - kq.
7. Meyvə - 5 kq.