Məlumat az əvvəl yayıldı: Gürcüstanda EG.5 virusu aşkar olub
16.08.2023 19:13
720
Sağlamlıq
A
Məlumat az əvvəl yayıldı: Gürcüstanda EG.5 virusu aşkar olub

Covid19 - Koronavirusun yeni növ ştammı dünyaya hücum etməyə başlayıb, artıq 50 ölkədə qeydə alınan EG.5 Gürcüstanda aşkar olub.

Aktual.ge "Mtavari"yə istinadən xəbər verir ki, 28 gün ərzində koronavirusun yeni ştammına dünyada bir milyon yoluxma aşkarlanıb, onlardan üç min nəfəri dünyasını dəyişib. 

EG.5 eyni simptomlarla - öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan Koronavirusun Omikron növünə bənzər bir ştammdır. Risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir. 

Mütəxəssislər əhaliyə xəbərdarlıq edir ki, simptomlar aşkar olunarsa, toplaşmaqdan çəkinsinlər və qaydalara əməl etsinlər. 

Qeyd edək ki, Səhiyyə Nazirliyi və digər aidiyyatı qurumlar EG.5 virusuna yoluxma ilə bağlı bu mərhələdə rəsmi açıqlama verilməyib.

ŞƏRH YAZ
18