İormuğanlıda ov tüfəngi ilə qətl törədən qadın saxlanılıb - VİDEO
07.10.2020 00:04
753
Kriminal
A
İormuğanlıda ov tüfəngi ilə qətl törədən qadın saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Kaxeti Polis Şöbəsinin əməkdaşları Saqareco bələdiyyəsində baş verən qətl hadisəsini aşkar edib, qəsdən adam öldürmə ittihamı ilə 1982-ci il təvəllüdlü - X.X. saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb. İstintaq nəticəsində cari ilin 7 oktyabrında Saqareco bələdiyyəsində fermalardan birində baş verən hadisə zamanı təqsirləndirilən şəxsin həmkəndlisi - 1984-cü il təvəllüdlü İ.H.-nı ov tüfəngi ilə öldürdüyü müəyyənləşdirilib. Polis hadisədən qısa müddət sonra isti izlər əsasında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi göz altına alıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə istifadə olunan silahı - ov tüfəngini sübut kimi götürüb. Saxlanılan şəxs etdiyi əməli boynuna alaraq cinayəti etiraf edib. Qəsdən adam öldürmə faktı ilə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi əsasında istintaq başlayıb, araşdırma davam etdirilir. Cinayətkarı ən çox 7 ildən 15 ilədək həbs cəzası gözləyir
ŞƏRH YAZ
2