Marneuli sakinləri Kərbəlada ehsan paylayır - FOTO/VİDEO
05.09.2023 12:03
880
Din
A
Marneuli sakinləri Kərbəlada ehsan paylayır - FOTO/VİDEO

Marneulidən olan bir qrup inanclı təşəbbüs qrupunu İraqın Kərbəla şəhərində Həzrəti Məhəmməd (s) Peyğəmbərimizin əziz nəvəsi Həzrəti İmam Hüseyn (ə) "Ərbəini" (qırx mərasimi) üçün ziyarətçilərə ehsan paylayırlar.

Aktual.ge xəbər verir ki, Marneulidən olan bir qrup gənc xeyriyyəçi yerli xalqın dəstəyi ilə Kərbəlada 387-ci saylı stenddə artıq 6-cı gündürki kabab və su ehsanı paylayırlar.

Xəbər portalımıza verilən məlumata görə, ehsan süfrəsi 6 sentyabra qədər davam edəcək. Bildirilib ki, hər gün yüzlərlə ziyarətçiyə xidmət göstərilir və gün ərzində 350 kilo toyuq əti şişə çəkilir və tam təmənnasız olaraq da insanlara paylanılır. Məlumatda eləcə də bildirilib ki, kababla yanaşı İmam Hüseyn (ə) aşiqlərinə içməli su da paylanılır.

ŞƏRH YAZ
0