Dini Agentlik İmam Hüseynin
06.09.2023 15:04
878
Din
A
Dini Agentlik İmam Hüseynin "Ərbəini" münasibətilə müsəlmanlara baş sağlığı verir

Gürcüstan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) "Ərbəin" (Qırx mərasimi) günü ilə əlaqədar müsəlmanlara baş sağlığı verib.

Aktual.ge xəbər verir ki, Agentliyin yaydığı baş sağlığı mesajında deyilir:

"Bu gün şiə müsəlmanları "Ərbəin" gününü, Hz. Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin (ə) və onun səhabələrinin 680-ci ildə (Hicri 61) faciəli şəhadətindən sonra qırxıncı günü yad edirlər. Bu gün məscidlərdə əza məclisləri təşkil olunur, onların xatirəsi yad edilir, ruhlarına dualar oxunur".

Qeyd edək ki, Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-u Kərbəlada İmam Hüseyn (ə) və onun 72 səhabəsi Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Şəhidlərin başları nizələr üstə İraqın şəhərlərinə aparılır ki, camaat bundan ibrət alsın və xəlifəyə qarşı qiyama qalxmasın. Bu hadisə müsəlmanlar və xüsusilə Əhli Beyt (ə.s) aşiqləri üçün böyük faciədir. O gündən etibarən hər il Məhərrəm ayı başlayandan Səfər ayının 20-nə kimi, yəni "Ərbəin" gününədək müsəlmanlar matəm saxlayırlar.

ŞƏRH YAZ
1