Ötən gün Gürcüstana düşən PUA-larla bağlı araşdırma davam edir
08.10.2020 12:56
621
Kriminal
A
Ötən gün Gürcüstana düşən PUA-larla bağlı araşdırma davam edir
Ötən gün axşam saatlarında pilotsuz uçuş aparatının (PUA) düşdüyü Qvareli bələdiyyəsi ərazisində hüquq-mühafizə orqanları əməliyyat axtarış işlərinə davam edirlər. Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, Sanavardo və Kuçatani kəndlərinin üzüm bağları Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qırmızı lentlə əhatəyə alınıb. Mütəxəssislər gecə boyunca istintaq aparıblar. Yerli sakinlər əvvəlcə səs-küy eşitdiklərini, ardından partlayış olduğunu bildiriblər. Hadisə yaşayış qəsəbəsindən bir neçə kilometr aralıda baş verib. "Axşam təxminən 18:30 radələrində dəhşətli bir partlayış səsi eşidildi. Partlayış o qədər güclü idi ki, titrəyişləri hiss etdik, ev titrəyirdi. Xoşbəxtlikdən heç kim xəsarət almadı",-deyə yerli sakinlərdən biri söyləyib. qvareli bələdiyyəsində olduğu kimi Saqareco bələdiyyəsinin Udabno kəndi yaxınlığında da bir neçə dəqiqə aralıya bənzəri pilotsuz uçuş avadanlığının hissələri düşüb. Daxili İşlər Nazirliyi dünən Sagareco bələdiyyəsinin Udabno və Kaxetinin Qvareli bələdiyyəsinin Sanavardo kəndlərində iki insansız hava vasitəsinin qəzaya uğradığını barədə məlumatı təsdiqləyib. Faktla bağlı Daxili İşlər Nazirliyi dərhal istintaqa başlayıb. Araşdırma davam etdirilir.
ŞƏRH YAZ
0