
"Bu gündən əlaçı tələbələr ikiqat formada 300 lari məbləğində təqaüd alacaqlar".
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qairbaşvili hökumətin iclasında bildirib.
O, müvafiq məbləğ simvolik ola bilər, lakin bu, hökumətin tələbələrə verdiyi dəyərdir.
“Bildiyiniz kimi, biz tələbələrə imkan daxilində kömək edirik. Ümumilikdə təhsil mərkəzimizi xüsusi qeyd etmək istəyirəm, sizə demək istəyirəm ki, illər əvvəl, hətta ilk başçılıq etdiyim dövrdə biz bu mərkəzi yaratdıq, 1000-dən çox əlaçı tələbəni ən yaxşı universitetlərə göndərdik və onlara tamamilə pulsuz təhsillə təmin etdik.
Müqayisə üçün onu da xatırlatmaq istərdim ki, keçmiş hökumət nümayəndələri, o cümlədən keçmiş prezident dövlət büdcəsindən öz övladlarını maliyyələşdirirdilər. Biz 1000-dən çox əlaçı tələbə seçmişik və onlara ən yaxşı xarici universitetlərdə təhsillə təmin etmişik. Təbii ki, onlardan bəziləri qayıdır və təkcə dövlət qurumlarında deyil, özəl strukturlarda da işləyirlər bu, əlbəttə, bizim sərvətimiz və gücümüzdür, biz bu layihəni daha da gücləndirəcəyik.
Hazırkı proqramda 2 min 500 tələbəyə 150 lari təqaüd verilir, biz bu təqaüdü iki dəfə artıracağıq, bu gündən bu tələbələrə 300 lari təqaüd veriləcək və beləliklə 5 min əlaçı tələbə təqaüd alacaq. Əlbəttə, bu, simvolik ola bilər, lakin bu, bizim tərəfimizdən bir jest və təqdirdir" , - deyə İrakli Qaribaşvili.