Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edir
11.09.2023 15:40
542
Maraqlı
A
Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edir

Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.

Baş nazirin sözlərinə görə, əsas maraqlardan biri Çindən daha çox turist və iqtisadi investisiyaların gəlməsidir.

"Turizm bizim üçün çox əhəmiyyətlidir. Ötən il turizmdən 3 milyard 500 milyon dollar birbaşa gəlir əldə etmişik. Bu il biz daha çox gəlir gözləyirik. Ölkəyə daha çox turist cəlb etmək istəyirik. Bilirsiz ki, Çinə çox uğurlu səfərim baş tutdu. Bu gün Çin dünyada ən güclü iqtisadiyyata sahib bir ölkədir. Bizim üçün əsas maraqlardan biri Çinlə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsidir. Çinli turistlər dünyanın ən arzuolunan turistlərindən biri hesab olunurlar. Beləliklə Çin vətəndaşları üçün vizasız rejimi tətbiq etmək qərarına gəldik. Biz müvafiq fərman verəcəyik. Təbii ki, Gürcüstana daha çox turistin gəlməsi vacibdir. Birbaşa reyslərimiz də var, Çinin baş naziri ilə turizm və uçuşlarla bağlı söhbətim olub”, - deyə İrakli Qaribaşvili bildirib.

ŞƏRH YAZ
8