Və
13.09.2023 00:12
1037
Maraqlı
A
Və "iPhone" 15 təqdim edildi: Əsas yeniliklər nələrdir? - FOTO

Dünyanın maraqla gözlədiyi "iPhone" smartfonunun yeni nəslini "Apple" şirkətintəqdim edib.

Aktual.ge xəbər verir ki, "iPhone 15" modeli əvvəlki dizaynı saxlasa da, texniki təkmilləşdirmələrə malikdir.

Smartfon iki versiyada təklif olunur - 6,1 düymlük ekrana malik əsas "iPhone 15" və sələfindən daha parlaq "Super Retina XDR" ekranlarına malik daha böyük 6,7 düymlük "iPhone 15 Plus".

"iPhone 15" ailəsi yeni "A16 Bionic" prosessoru , həmçinin smartfonun ən azı bir gün enerji doldurmadan işləməsinə imkan verən batareya ilə təchiz olunub.

Cihazda artıq "Lightning" konnektoru yoxdur və şarj üçün "USB-C" portu istifadə olunur.

Belə ki, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da olan yeniliklərdən əsası gövdənin titandan hazırlanmasıdır. Yəni kənar çərçivələr artıq paslanmaz poladdan yox, yeni materialdandır ki, bunun sayəsində daha yüngül pro model əldə olunub.

"iPhone 15" və "iPhone 15 Plus" beş rəngdə təklif olunur və onların qiyməti müvafiq olaraq 799 və 899 dollardan başlayır. Qeyd edək ki, müvafiq qiymətlər ABŞ üçün nəzərdə tutulub.

ŞƏRH YAZ
6