Hökumət “Yaşlılar və ahıllar haqqında” qanunun qəbulu üzərində işləyir
13.09.2023 14:22
463
Maraqlı
A
Hökumət “Yaşlılar və ahıllar haqqında” qanunun qəbulu üzərində işləyir

Gürcüstan hökuməti “Yaşlılar və ahıllar haqqında” qanunun qəbulu üzərində işləyir.

Aktual.ge xəbər verir ki, bu barədə hökumətin qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub.

Sənəddə qanun layihəsinin nəyi nəzərdə tutduğuna dair təfərrüatlar göstərilmir, amma yaşlı insanların hüquqlarının qorunmasına kömək edəcəyi qeyd olunur.

"Gürcüstanın 'Yaşlılar və ahıllar haqqında' qanununun qəbulu ahılların və qocaların hüquqlarının daha səmərəli həyata keçirilməsini təmin edir. Vahid qanunvericilik bazasının mövcudluğu ahılların və yaşlıların hüquqlarının vahid yanaşmalar əsasında qorunmasına və onlar üçün müvafiq proqramların və xidmətlərin işlənib hazırlanmasına kömək edəcək”, - hökumətin planında deyilir.

Məlumat üçün bildirək ki, hökumət bu qanun layihəsini hazırkı payız sessiyasında Parlamentə təqdim etməyi planlaşdırır.

ŞƏRH YAZ
7