ABŞ Gürcüstanın keçmiş Baş prokuroruna sanksiya tətbiq edib
14.09.2023 20:30
397
Dünya
A
ABŞ Gürcüstanın keçmiş Baş prokuroruna sanksiya tətbiq edib

ABŞ Rusiya ilə əlaqəli onlarla fiziki və hüquqi şəxsə yeni sanksiyalar tətbiq edib.

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Ukraynayan qarşı müharibədə Rusiyanın potensialını sarsıtmaq üçün sanksiyalardan və iqtisadi məhdudiyyətlərdən istifadə etməyə davam etdiyi üçün Rusiya elitasına və Rusiyanın sənaye bazasına, maliyyə institutlarına və texnologiya təchizatçılarına qarşı 100-ə yaxın sanksiya tətbiq edir. Dövlət Departamenti həmçinin 70-dən çox fiziki şəxsə sanksiya tətbiq edir. Bugünkü sanksiyalar Rusiyanın Ukraynaya qarşı amansız müharibəsindən faydalanan, dəstəkləyən və davam etdirən şəxslərə yönəlib" , - məlumatda deyilir.

Sanksiya tətbiq olunanlar arasında Gürcüstanın keçmiş Baş prokuroru Otar Partsxaladze də var.

ŞƏRH YAZ
6