Azərbaycan neftinin qiyməti artıb- Gürcüstan Azərbaycandan nə qədər neft məhsulları alıb
14.09.2023 23:29
378
İqtisadiyyat
A
Azərbaycan neftinin qiyməti artıb- Gürcüstan Azərbaycandan nə qədər neft məhsulları alıb

Cari il Azərbaycandan neft və neft məhsullarının idxalı azalıb. 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 9,5 milyon ABŞ dolları dəyərində 7 min 367 ton, ötən ilin eyni dövründə isə 15,4 milyon ABŞ dolları dəyərində 10 min 883 ton neft məhsulları alıb.

“Azeri Light” markalı neftin qiyməti 100,5 dollar, Azərbaycan neftinin orta qiyməti 2023-cu ilin əvvəlində isə 60 dollar/barel olub. Bu il iyulun əvvəli üçün 78 ABŞ dolları, avqustun əvvəli üçün 89,4 ABŞ dolları, sentyabrın əvvəli üçün isə 88,5 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” 2008-ci ilin iyul ayında ən baha 149,66 dollar, ən ucuz isə 2020-ci ilin aprelində 15,21 dollar olub .

ŞƏRH YAZ
5