Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində ağır cinayət hadisə baş verib.
Aktual.ge Xəbər Portalına daxil olan məlumata görə, 14 sentyabr gecə gec saatlarında Qızılhacılı kəndində mağazanın önündə dayanacağda saxlanılmış avtomobil naməlum 2 nəfər tərəfindən atəşə tutulub.
"Toyota Camry" markalı avtomobilin iki nəfər tərəfindən yandırılması görüntüləri ətrafdakı mağazaların təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. Həmin görüntülərə əsasən, üzü maskalı 2 nəfər - ehtimal ki, onların əlində "Molotov kokteylləri" olub və onu avtomobilə doğru atıblar. Saniyyələr içində alovlanaraq yanan avtomobil istifadəyə yararsız hala düşüb.
Avtomobil sahibi Rasim Balakişiyev Aktual.ge xəbər portalına bildirib ki, onlar maşını satmaq üçün Amerikadan yeni gətiriblər və tranzit imiş.
"Bu işin niyə baş verdiyini bilmirik, bizim heçkimə pisliyimiz və xainliyimiz olmayıb, amma başımıza belə bir iş gəldi. Satmaq üçün gətirdiyimiz avtomobili mağazanın önündə saxlamışdıq. Gecə təxminən saat 4-ə işləmiş mənə mağazamızın yaxınlığındakı yanacaq doldurma məntəqəsindən zəng gəldi ki, burada sizin avtomobil yanır. Biz hadisə yerinə çatdıqda yanğın söndürən maşınıda gəldi. Ardınan polislər gəldi, səhər saatlarında isə ekspertiza gəldi. Bu işin aşkara çıxmasını və niyə baş verdiyini bilmək istəyirik" , - deyə o, qeyd edib.
Hadisə ilə bağlı artıq istintaq başlanılıb.