Kateqoriyalar
"Son 10 ildə Otar Partsxaladzenin dövlət strukturları ilə heç bir əlaqəsi olmayıb, o, özəl şəxsdir. Eyni zamanda, o, Rusiyanın sanksiyaları ilə bağlı olan bu tip sanksiyalara daxil olan ilk Gürcüstan vətəndaşıdır".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Parlamentin spikeri Şalva Papuaşvili ABŞ-ın Gürcüstanın sabiq Baş prokuroru Otar Partsxaladzeyə qarşı sanksiya tətbiq etməsi məsələsinə reaksiya verib.
Onun sözlərinə görə, Gürcüstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl edir.
“Müvafiq qurumlar bu məsələni araşdıracaq və ictimaiyyətdə nə baş verdiyini öyrənmək üçün məlumat veriləcək. Ümumiyyətlə, Rusiyaya qarşı sanksiyalara gəlincə, Gürcüstan bu sanksiyalara əməl edir" , - spiker “İmedi”nin efirində bildirib.